AZ

ABŞ Çin banklarına sanksiya tətbiq edə bilər

ABŞ bir sıra Çin banklarına qarşı sanksiya tətbiq etmək planı üzərində işləyir.  Amerika rəsmiləri ümid edirlər ki, bu, Çin və Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı azaltmağa kömək edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda məlumat yayan “Wall Street Journal” mənbələrə istinadla yazır ki, Birləşmiş Ştatlar bəzi Çin banklarını qlobal maliyyə sistemindən kəsə biləcək sanksiyalar üzərində işləyir, Amerika rəsmilərinin fikrincə, bu, Pekin və Rusiya arasında hərbi istehsal da daxil olmaqla əməkdaşlığı dayandırmağa kömək etməlidir.

Ötən həftə dövlət katibi Antoni Blinken Çinin Rusiya müdafiə sənayesinə dəstəyini tənqid edərək, Pekinin kritik silah komponentləri tədarük etməklə Rusiya-Ukrayna münaqişəsinə “əsas töhfə verən tərəf” olduğunu deyib.

Seçilən
85
50
Mənbələr
Şərh ()
Bağla