AZ

ABŞ Ukraynaya sürətli sursat çatdırılacağını vəd edir

Ağ Ev təsdiq olunmuş $61 milyard dollarlıq yardımın Ukraynaya dərhal çatdırılacağıını vəd edir.

Rusiyanın döyüş meydanında əldə etdiyi son uğurlar Ukraynanın müdafiəsini təhlükə altına alır.

Prezident Co Bayden Ukrayna Prezidenti Volodımir Zelenski ilə bazar ertəsi söhbət edərək Birləşmiş Ştatların "Rusiya təcavüzünə qarşı azadlığını müdafiə edirkən Ukraynanı dəstəkləməkdə davamlı öhdəliyini" vurğulayıb.

Bayden vurğulayıb ki, onun administrasiyası Senat milli təhlükəsizlik əlavəsini qəbul edən kimi Ukraynanın təcili döyüş meydanı və havadan müdafiə ehtiyaclarını qarşılamaq üçün dərhal əhəmiyyətli yeni təhlükəsizlik yardım paketləri təqdim edəcək və bunu qanuna imzalayacaq.

ABŞ Prezidenti əlavə edib ki, ABŞ-ın iqtisadi yardımı maliyyə sabitliyinin qorunmasına, Rusiyanın hücumlarından sonra kritik infrastrukturun geri tikilməsinə və Ukraynanın Avro-Atlantik inteqrasiya yolunda irəlilədikcə islahatları dəstəkləməsinə kömək edəcək.

Ukrayna lideri Teleqram postunda bildirib ki, prezident Baydenlə telefon zəngində Baydenin dəstəyinə və rəhbərliyinə görə minnətdarlığını bildirib və Nümayəndələr Palatasının spikeri Mayk Conson və Demokrat azlığın lideri Hakim Ceffrinin Ukraynaya böyük hərbi yardım haqqında qanun layihəsinin qəbul edilməsində rolunu qeyd edib.

O həmçinin Baydenə "minlərlə raket, dron və bomba vasitəsilə Rusiya hava terroru" barədə söylədiyini və və söhbətdən bir neçə dəqiqə öncə Ukraynanın ikinci böyük şəhəri olan Xarkivdə televiziya qülləsinə Rusiyanın zərbəsinibu sıraya əlavə etdiyini bildirib.

Ekspertlər və Ukrayna qanunvericiləri bildiriblər ki, bu yardımın qoşunlara çatması həftələrlə vaxt apara bilər, lakin Ukraynaya vəd edilən artilleriya mərmiləri, dəqiq istiqamətlənmiş raketlər və hava müdafiəsi Rusiyaya qarşı çarpışan ölkənin hərbi durumunu dəyişəcək.
Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla