AZ

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Naqif Həmzəyev deyib.

 

“Əksər hallarda inanaraq kart məlumatlarını qarşı tərəfə ötürürlər. Nəticədə kiber cinayət hadisəsi baş verir. Qurumlar tərəfindən müəyyən əməliyyatlar keçirilsə də, məlumatsızlıq olması ən böyük problemdir. Dünyada elə ölkə yoxdur ki, bu cür problem olmasın. Yanlız məsələnin sosial yönü hər birimizi maraqlandırmalıdır. Müvafiq qurumlar vətəndaşlar üçün daha çox məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlasalar, yaxşı olar“, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla