AZ

Qəzzada 200 gündə 34 min 183 nəfər ölüb

 İsrail ordusunun 200 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi son 24 saatda 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb.

AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin İsrailin Qəzza zolağına 200 gündür hücumları ilə bağlı məlumat verib.
 
İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 59 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 min 183-ə, yaralıların sayının isə 77 min 143-ə yüksəldiyi qeyd edilib.

Gülay
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla