AZ

DİM-də görüş keçirilib

22 aprel 2024-cü il tarixində Böyük Britaniyanın aparıcı qiymətləndirmə təşkilatı "AQA Qlobal" Qiymətləndirmə Xidmətinin nümayəndələri DİM-də işgüzar səfərdə olublar.

 

AzEdu.az xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, "AQA Alpha Plus"un direktoru Coun Rinkleyin rəhbərlik etdiyini nümayəndə heyəti və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və imtahan materiallarının avtomatlaşdırılmış çapı prosesi ilə tanış olublar.

 

"AQA Alpha Plus"un direktoru Coun Rinkley "AQA Qlobal" Qiymətləndirmə Xidmətinin fəaliyyəti və xidmətləri barədə təqdimatla çıxış edib. Təqdimatda təhsil nəticələrinin yaxşılaşdırılması məqsədilə yoxlama metodikası, tədqiqatlar, qiymətləndirmənin dizaynı və inkişafı barədə məlumat verilib və qurum tərəfindən təklif olunan xidmətlərin DİM-in fəaliyyət sahəsinə uyğunluğu müzakirə edilib. Eyni zamanda, DİM-in fəaliyyət istiqamətinə uyğun olaraq imtahanların keçirilməsi və yazı işlərinin yoxlanılmasında, ümumilikdə qiymətləndirmə prosesinin effektivliyinin artırılmasında süni intellektdən istifadə imkanları barədə geniş danışıq aparılıb.

 

Görüşdə həmçinin DİM-in fəaliyyəti dövründə toplanan böyük verilənlər (big data) bazalarının təhlili üzrə də fikir mübadiləsi aparılıb. DİM və "AQA Qlobal" Qiymətləndirmə Xidməti arasında gələcək əməkdaşlıq perspektivləri, o cümlədən qiymətləndirmə sahəsində birgə tədqiqatların aparılması barədə də müzakirələr aparılıb və müsbət fikirlər səsləndirilib.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla