AZ

"Münasib yerlərini şişirdənlər, ruhunuzdakı boşluğu doldurun" - Cəlalə Nəzəroğlu

"Münasib yerlərini şişirdən xanımlar, bu ehtiyac cahillikdən yaranır. Savadınızı artırmaq, o cümlədən, mütaliə etmək, sizi daim ətalətdə saxlayan çevrənizdən uzaqlaşmaq, idman etmək, fərdi inkişafla məşğul olmaqla beyninizdəki “boşluqları” dolduracaq və həqiqətən dəyişəcəksiniz!"

Ölkə.Az xəbər verir ki, bu sözləri nitq təlimçisi Cəlalə Nəzəroğlu bildirib.

O qeyd edib ki, sağrı nahiyəsindəki gel yalnız oranın boşluğunu doldurur, amma reallıqda ehtiyacınız olan ruhunuzdakı boşluğu doldurmaqdır.

"Başqalarını unudun. Özünüzə əmək verin, onda mənliyinizə olan sayğınız çoxalacaq. Özünü sevməyə başlayan qadının nə hansısa kişinin gözündə “fiquralı” görünməyə, nə də rəfiqələrinə ideal bədən nümayiş etdirməyə ehtiyacı qalır.

Nə olar, bədəninizə yazığınız gəlsin. Bu ömrün yaşlılıq dövrü də var axı…", - deyə C.Nəzəroğlu bildirib.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla