AZ

Bakı və Moskva yeni siyasətə başlayır

Dünən Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham ƏliyevləVladimir Putin arasında görüş olub, danışıqlar aparılıb.

Bu il Azərbaycanda keçirilmiş Prezident seçkilərində qələbədənsonra dövlət başçımızla V.Putin arasında ilk real təmas zamanıçoxsaylı məsələlər müzakirə olunub.

Təbii ki, nəzərdən keçirilmiş məqamlar arasında əsas yeri RusiyaSülhməramlı Kontingentinin (RSK) Azərbaycandan çıxarılması və 32ildən bəri Ermənistanda işğal altında olan 8 kəndimizin 4-nün azadedilərək vətənə qaytırlması ilə bağlı situasiya tutur.

Moskva hesab edir ki, səlahiyyət müddətinin 2025-ci ildə başaçatması təsbitlənmiş RSK-nın vaxtından əvvəl çıxarılması və 4kəndlə bağlı vəziyyət Azərbaycanla Ermənistan arasında sülhsazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində Rusiyanın daiştirakını məntiqi edir.

Daha konkret olsaq, V.Putinin fikrincə, birbaşa ikitərəflidanışıqlar formatı üçtərəfli müzakirələr səviyyəsinə keçəbilər.

Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın da səfərinigözləyirlər.

İrəvanın Qərbə meyllənmiş xarici siyasət doktrinası vəABŞ-Fransa-Avropa İttifaqı triosunun təlimatları əsasındareallaşdırılan strategiyası ilə bağlı Rusiyanın hakimiyyətdairələrinin Paşinyana bəlli sualları var.

Azərbaycan və Rusiyanın dövlət başçılarının bu ildə ilkgörüşlərinin rəsmi səbəbi Baykal-Amur Magistralının (BAM) inşasınabaşlanmasının 50 illiyi idi.

Azərbaycanın sabiq Prezidenti, Ulu Öndər keçmiş SSRİ-nin başnazirinin birinci müavini vəzifəsində çalışanda BAM-ın inşası iləbağlı məsələlərə şəxsən nəzarət edirdi.

Vladimir Putinin dediyinə görə, iyulun 8-də Amur vilayətindəBAM-ın təntənəli yubileyi ərəfəsində o, Azərbaycanın dövlət başçısıİlham Əliyevlə görüşməyi məqbul bilib.

Rusiya prezidentinin mətbuat xidmətinin danışıqlardan əvvəlyaydığı rəsmi açıqlamada deyilirdi: "Danışıqlar zamanı Rusya vəAzərbaycan arasındakı strateji tərəfdaşlıq və müttəfiqlikəlaqələrinin bundan sonrakı inkişafının önəmli məqamlarınınmüzakirəsi, habelə aktual regional problematika ilə bağlı genişfikir mübadiləsi nəzərdə tutulub".

Təbii ki, bu açıqlama iki ölkə arasındakı qarşılıqlı əlaqələrləyanaşı, bölgədə formalaşan geosiyasi və geostrateji situasiyanındiqtə etdiyi bütün nüansları ehtiva etmirdi.

Cənubi Qafqazdakı proseslər, xüsusilə də aprelin 5-də BrüsseldəABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədriUrsula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanarasındakı görüşlə müzakirələr və imzalanmış sənədlər bölgəmizdəQərbin təsir imkanlarını mümkün qədər artırmaq niyyətində olduğunuəvvəl de-fakto aşkarlamışdısa, indi de-yure təsdiqlədi.

Vaşinqton-Paris-Brüssel triosu Ermənistan vasitəsilə CənubiQafqazda qüvvələr nisbətinə təsir etmək, Rusiya və İranınmövqelərini zəiflətmək, daha sonra isə onların hadisələrə təsirvasitələrini ifrat dərəcədə zəiflətmək niyyətindədir.

Dünən Kremldə keçirilmiş görüşdə də V.Putin bu amillərə işarəedib.

"Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeydedirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edənatanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətlirol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bunəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədəbilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çoxminnətdarıq, onun xatirəsini yad edirik.

İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlımarşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunlabağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçünəhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.

Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyatakeçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gündə təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyiüçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çoxtərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasındanistifadə edirlər.

Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəflimünasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmizartır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollarekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiyainvestisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir.İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturdaəməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onlarınbir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur", - V.Putindeyib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib: "Əlbəttə,Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görəVladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm.Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimizarasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhzVladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar.2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi vəbu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu.Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisiadlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirakedib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizimüçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyükşərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öztöhfəsini verən insanlarla da görüşəcəyik.

Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı dahada yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcılinkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çoxrazıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada,Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdəmünasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlikqarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsindəişləyirik.

Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir.Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik.Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub”beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyibaxımından və bir çox ölkələr arasında ticari münasibətləristimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzüngündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır.Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizliküzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlıfəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət vəqarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərinnizamlanmasına çalışırıq".

Azərbaycanın və Rusiyanın dövlət başçılarının görüşünü postsovetməkanında, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətin yeniformasiyası və proseslərin sürətlənməsi şərtləndirib.

Moskva görür ki, Qərblə Ermənistan arasında siyasikommunikasiyaların artması, İrəvanın faktiki olaraq satellitəçevrilməyə razılaşması və Nikol Paşinyanın bölgədə məhz Qərbnarrativləri əsasında qarşılıqlı əlaqələr modeli qurmağa meylliolması Rusiyanın dayaqlarınnı zəiflədir.

Rusiyanın siyasi elitaları hesab edirlər ki, Nikol Paşinyanınyürütdüyü, Qərbə yarınmağa əsaslanan siyasət Cənubi Qafqazbölgəsində hadisələrin inkişafı ilə bağlı bir neçə alternativssenari formalaşdırsa da, bütün ssenarilərdə geosiyasi rəqiblərRusiya və Qərbdir.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycan ərazisindənvaxtından əvvəl çıxarılması Moskva və Bakı arasındakımünasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçməsindən xəbər verir.Belə ki, Moskva Azərbaycanın tərkib hissəsi olan Qarabağdakıvəziyyətə görə məsuliyyətin bundan sonra bütünlüklə Bakıyadüşdüyünü, Bakının da bu missiyanın öhdəsindən tam gəlmək üçünbütün resurslara və imkanlara malik olduğunu etiraf edib.

Rusiya bölgədə təhlükəsizliklə bağlı məsələləri Azərbaycanlaayrı-ayrılıqda yox, birlikdə həll etməyin tərəfdarıdır.

Eyni zamanda, Moskva ermənilərin Avroatlantika strukturlarınainteqrasiya olmaq, Qərbin isə Ermənistanın təhlükəsizliyiniVaşinqton-Paris-Brüssel triosunun geosiyasi və NATO-nunhərbi-siyasi hamiliyi vasitəsilə təmin etmək niyyətlərindənnarahatdır.

Son vaxtlaradək N.Paşinyan administrasiyası və Ermənistanınhakimiyyət elitaları Qərblə intensiv tərəfdaşlığı, xüsusilə dəAvropa İttifaqının Ermənistandakı müşahidə-monitoriq missiyasının(EUMA) fəaliyyətini və xüsusilə də onun heyətinin fasiləsizgenişləndirilməsini Azərbaycanda rusiyalı sülhməramlılarınmövcudluğu, RSK amilini tənzimləmək niyyətiilə əlaqələndirirdilər.Lakin artıq RSK Azərbaycandan çıxır və Qərb bundan sonraErmənistanda EUMA pərdəsi altında hərbi-polis missiyasınınfəaliyyətinə siyasi amillərlə pərdələyə bilməyəcək.

Ermənistanda işğalda olan 8 kənddən 4-nün azad edilərəkAzərbayxana qaytarılması ilə bağıl qəar isə Moskva-Bakı-İrəvangeosiyasi uçbucağında yeni vəziyyətin formalaşmasına səbəbolub.

Rusiyanın XİMN başçısı Sergey Lavrov da son bəyanatlarındabildirib ki, Ermənistan Azərbaycanla şərti dövlət sərdəditnindelimitasiyasına başlamalıdır: «Yalnız bu proses başa çatandansonra İrəvanın təkidlə vurğuladığı məsələ, yəni KTMT-nin məsuliyyətzonasının müəyyənləşməsi barədə danışmaq olar. Yaşanan situasiyanınvicdanlı müzakirəsi üçün Rusiya və Ermənistan arasında yüksəksəviyyədə təmaslar davam etdirilməlidir. Ümid edirəm ki, NikolPaşinyanla təmaslar olacaq və bu təmaslar zamanı bir sıraməsələləri Qərbdəki bədxahların Ermənistana təqditm etdiyiarqumentlər olmadan müzakirə edə biləcəyik».

… Azərbaycanla Rusiya arasında əlaqələr inkişaf edir və ciddiperspektivə malikdir.

Həmin əlaqələrin zəiflədilməsini istəyənlər, buna can atanlarisə Rusiyanın bölgədəki təsir rıçaqlarının minimallaşdırılmasınıyox, Azərbaycana Qərbin təzyiq mexanizmlərinin güclənməsiniarzulayırlar.

Azərbaycan isə Rusiya kimi, Qərblə də tərəfdaşlığın vəəməkdaşlığın daha da aktivləşməsində, miqyasın artırılmasındamaraqlıdır.

Rasional, praqmat və müstəqil siyasət də elə budur.

Seçilən
13
34
Mənbələr
Şərh ()
Bağla