AZ

Şimali Koreyadan hədə-qorxu: İlk nüvə əks-hücum təlimi keçirilib

Şimali Koreya ordusu 600 mm kalibrli çoxbarrelli reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə nüvə əks-hücumunu həyata keçirmək üçün ilk kompleks taktiki təlim keçirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu təlimin düşmənlərə xəbərdarlıq mesajı olduğu bildirilib. Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ordunun Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında ilk dəfə nüvə əks-hücum təlimi keçirdiyini bildirib. Təlimdə inteqrasiya olunmuş nüvə silahı sisteminin işə salındığını bildirən KCNA, ən ciddi nüvə böhranı zamanı işə salınan ‘Vulkanik Siqnal’ sistemi və nüvə əks-hücum əmri sistemindən də istifadə edildiyini vurğulanıb.

Agentlik həmçinin Şimali Koreya ordusunun təlim zamanı imitasiya nüvə başlıqlarından istifadə edərək öz missiyasını yerinə yetirdiyini vurğulayıb. KCNA-nın verdiyi məlumata görə, manevrlər zamanı 600 mm çaplı “super iri reaktiv yaylım atəşi sistemləri” ilə təchiz edilmiş bölmədəki əsgərlər koordinasiyalı şəkildə düşmənləri məhv etmək üçün atəş açıb və 352 km uzaqlıqdakı adadakı hədəfi vurub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla