AZ

Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Gömrük Tibb Xidməti polkovnik-leytenantı, mama-ginekoloq Təranə Bayramova Bakı şəhərində keçirilən “Lazer və estetik ginekologiya” mövzusunda seminarda iştirak edib.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, seminarda bu sahə üzrə aparıcı mütəxəssislərin məruzələri dinlənilib, eroziyaların vaporizasiyası, kondilomaların lazerlə götürülməsi, hamiləlik və doğumun qadın orqanizmində yaratdığı dəyişikliklərin aradan qaldırılması kimi lazer proseduraları barədə ətraflı məlumat verilib.
 
Tədbirdə Təranə Bayramova “Müasir ginekologiyada lazer texnologiyalarının rolu” mövzusunda çıxış edərək lazer proseduralarında əldə etdiyi praktik bacarıqları iştirakçılarla bölüşüb.
 
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və sertifikatlar təqdim edilib.
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla