AZ

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

“Azərreyl”in

Bakı, 23 aprel, AZƏRTAC

“Oyun bizim üçün gərgin keçdi. Hər iki komanda meydanda sonadək mübarizə apardı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərreyl”in voleybolçusu Andrey Melnikov finalda “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu olmaları barədə danışarkən deyib.

O, rəqibi xarakter hesabına məğlub etdiklərini bildirib: “Komanda yoldaşlarımla qürur duyuram. Oyunun “qızıl set”ə getməyi gözlənilən idi. Çox çətin qarşılaşma idi. Matça istədiyimiz kimi hazırlaşa bilməmişdik. Çünki bərpa prosesi tam keçməmişdi. Lakin bunu meydanda hiss etdirmədik”.

Növbəti mövsümdəki hədəflərindən də söz açan yığma üzvü xarici klublardan təkliflərinin olduğunu söyləyib: “Azərbaycan millisində çıxış edirəm və burada qalmaq istəyirəm. Təkliflər barədə isə düşünmürəm”.

 

 

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla