AZ

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubanın 2024-cü il üçün idman paytaxtı seçilməsi ilə bağlı tədbirlər çərçivəsində tələbələrin “İdmanın ürəyi Qubada döyünür” adlı spartakiadasının açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, may ayının 10-na qədər davam edəcək spartakiadada filialın tələbələrindən ibarət komandalar futbol, voleybol, yüngül atletika oyunları, stolüstü tennis və digər idman növləri üzrə yarışacaqlar. Spartakiadanın əsas məqsədi bədən tərbiyəsi və idmanın tələbələr arasında kütləvi inkişafına kömək göstərmək, tələbələrin fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, eləcə də tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaqdır.

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla