AZ

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:

"Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma məsələsi Türkiyədən gələn məhsullar ucuzlaşdırmayacaq. Bu tamam fərqli məsələni tənzimləyir. Bu qərar Azərbaycanlı sahibkar Türkiyədə gəlir eldə edib orada vergi ödəyirsə,ölkədə yenidən vergi ödəməmək məsələlərini tənzimləyir..

Bu ikiqat vergitutma məsələsi malların idxal və ixracına aid olan məsələ deyil. Yəni hər hansısa bir məhsulun idxalı ilə əlaqədar vergilər aşağı düşüb, ləğv edilmir. Buna görə də mətbuatda gedən bəzi xəbərlər yalandır. Heç bir məhsulun qiymətlərində düşüş olmayacaq.

Vətəndaş 300 dollara qədər məhsul gətirəndə vergi vermir.Sahibkar məhsul gətirərkən 35-36 faiz vergi verir. Burda da heç bir dəyişiklik yoxdur. Əlava dəyər və aksiz vergisi, eləcə də digər gömrük xərcləridə qüvvədədir. Ucuzlaşma heç bir halda gözlənilmir".

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla