AZ

“ABŞ hesab edir ki, İsrail HƏMAS üzərində qələbəsini elan etməlidir” – The New York Times

ABŞ hesab edir ki, İsrail HƏMAS üzərində qələbəsini elan etməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazır. Məlumata görə, Birləşmiş Ştatlar hesab edir ki, İsrail HƏMAS üzərində qələbəsini elan etməli və təşkilat liderlərinə qarşı mübarizəni “amma mülki şəxslərə qarşı qəddarlıq etmədən” davam etdirməlidir.

“Vaşinqton hesab edir ki, İsrail HƏMAS üzərində qələbəsini elan etməli və fərqli mübarizə növünə, yəni hərəkatın yüksək səviyyəli liderlərinə qarşı mübarizəyə keçməlidir”, – nəşr yazıb.

ABŞ rəsmiləri nəşrə bildiriblər ki, İsrail HƏMAS-ı məhv edə bilməz və bunu bacarmaz, lakin 7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanma ehtimalını son dərəcə aşağı salıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla