AZ

Emil Duşdurov: "Yelo Bank"ın depozit portfelinin azalmasının mənfi təsiri olmayacaq

"Yelo Bank"ın idarə heyətinin sədr müavini Emil Duşdurov bankın depozit portfelində bu ilin ilk rübündə 455 milyon manata yaxın azalması məsələsinə aydınlıq gətirib.

Emil Duşdurov "APA-Economics"ə müsahibəsində bildirib ki, bu fərq bank üçün gözlənilən idi. Çünki bir neçə müştərimiz qısamüddətli məqsədləri üçün əmanət hesabları açmışdı.

"Maliyyə sferasında, xüsusən də böyük müştərilərlə işləyən banklarda müvəqqəti dövrlər üçün yaradılmış əmanətləri idarə etmək adi haldır. Uzun sözün qısası, bu hal ümumi maliyyə sabitliyimizə, müştərilərimizə və xidmət keyfiyyətimizə heç bir təsiri olmayacaq. Eyni zamanda, biz xərcləmələrimizə də nəzarət etməyi planlayaraq daha adekvat xərc-gəlir əmsalına çatmağı düşünürük"- sədr müavini əlavə edib.

Qeyd edək ki, bankın ümumi depozit portfeli ilin əvvəlindəki 1 mlrd. 292 mln. manatdan 1 aprel 2024-cü il tarixinə 837,2 mln. manata enib.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla