AZ

Azərbaycan parlamenti Türkiyə ilə əməkdaşlıq sazişini təsdiqləyib

Azərbaycan parlamenti Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Seçilən
15
5
Mənbələr
Şərh ()
Bağla