AZ

Türkiyədə ağır yol qəzasında 8 nəfər xəsarət alıb

Türkiyənin Samsun şəhərində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsunun Havza rayonunda qeydə alınıb.

Samsun Vezirköprü şosesində hərəkət edən avtomobil yol ayrıcında digər bir avtomobillə toqquşub.

Əraziyə polis, yanğınsöndürmə briqadası və çoxlu sayda təcili tibbi yardım qrupları göndərilib.

Nəqliyyat vasitəsində sıxışmış vəziyyətdə qalan şəxs xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Yaralılar Havza Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla