AZ

Neftçalada narkotik satmaq istəyən şəxs ələ keçib

Bakı. Trend:

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, NeftçalaRayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbətitədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyevsaxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetaminaşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotikvasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılanşəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla