AZ

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

Mingəçevirdə

Bakı, 23 aprel, AZƏRTAC

Ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları zəruri tədbirlər davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbir zamanı Tahir Məmmədov, Nurlan Rəsulov və Vüsal Əliyevin qadağan olunmuş üsullarla 153 ədəd müxtəlif növ balıq ovlamaları müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş İdarə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirdikləri tədbir zamanı isə şəhərdə Kür çayının sahil mühafizə zonasındakı kafelərdən birində Çinar ağacının zədələnməsi aşkarlanıb. Həmin kafenin sahibi barədə inzibati tənbeh tədbiri tətbiq olunub.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla