AZ

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

Monqolustanda

Bakı, 23 aprel, AZƏRTAC

Monqolustanın 10-cu İnnovasiya Həftəsi paytaxt Ulan-Batorda və şimaldakı Orxon əyalətində eyni vaxtda keçirilir.

AZƏRTAC xəbər verir ki, Təhsil və Elm Nazirliyi, Elm və Texnologiya Fondu, Elm Parkı və bir sıra universitetlərin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi elm və biliyi iqtisadi dövriyyəyə gətirmək və milli innovasiya potensialını gücləndirməkdir.

Tədbir çərçivəsində innovativ məhsulların sərgisi, virtual sərgilər, innovasiyalar haqqında müzakirələr, gənc tədqiqatçıların görüşü, biznes üçün innovativ ideya və layihələrin mükafatlandırılması üçün müsabiqə də daxil olmaqla, bir çox tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2015-ci ildən etibarən hər il Monqolustanda İnnovasiya Həftəsi təşkil olunur.

 

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla