AZ

ABŞ ordusu daha bir ölkədən çıxır

ABŞ Nigerlə qoşunlarının bu Afrika ölkəsindən çıxarılması ilə bağlı danışıqlara başlayıb. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder təsdiqləyib.

“Çıxarmanın vaxtına gəlincə, biz onlar haqqında spekulyasiya etmək və danışıqları qabaqlamaq fikrində deyilik”, o vurğulayıb. 
Rayder qeyd edib ki, Nigerdəki Amerika hərbçilərinin sayında hələlik heç bir dəyişiklik olmayıb.

Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında PUA bazası yaradan ABŞ ilə hərbi müqaviləni ləğv edib.

Bizim.Media

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla