AZ

Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq

Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 23-də keçirilən plenar iclasında deyib.
 
O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.-dir: “Azərbaycan hər zaman addımlarını beynəlxalq hüquq normalarına uyğun atır”.
 
S.Novruzov əlavə edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir: “Əfsus ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqırımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb”.
 
O qeyd edib ki, Azərbaycanda Əli Kərimli adında tiktoker var:
 
"Bir kompüteri, bir də özüdür. Qoyub qabağına danışır. Təbii ki, komputer danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”, - komitə sədri vurğulayıb.
Seçilən
21
4
Mənbələr
Şərh ()
Bağla