AZ

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır?

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradanqaldırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan “AzərbaycanRespublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasındagəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradanqaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqındaSaziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunununlayihəsində öz əksini tapıb.

Bununla yanaşı, iclasda Azərbaycan Respublikası Hökuməti iləTürkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsindəəməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə AzərbaycanRespublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbuledilib.

Məqalədə:
Seçilən
44
32
Mənbələr
Şərh ()
Bağla