AZ

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib

Heydər

Bakı, 23 aprel, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib.

Hava limanından AZƏRTAC-a bildirilib ki, iki uçuş-enmə zolağı, 89 təyyarə dayanacağı və saatda 20-dən çox reysə xidmət göstərmək imkanı olan Bakı aeroportu dünyanın ən böyük təyyarələrini qəbul edə bilən azsaylı hava limanlarından biridir.

10 il ərzində paytaxt hava limanında 36 milyondan çox sərnişinə xidmət göstərib. Bakı aeroportunun ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir; buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir.

 

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla