AZ

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

“Piyadalar,

Bakı, 23 aprel, AZƏRTAC

Ölkəmizdə piyada vurma hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlərin gücləndirilməsinə ehtiyac duyulur. Bu səbəbdən aprelin 22-dən 28-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktiki tədbirlərin artırılması ilə yanaşı, hərəkət marşrutlarında yol şəraitinin müayinə edilərək çatışmazlıqların aradan qaldırılması, habelə vətəndaş cəmiyyəti institutları ilə birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da gücləndirilməsi nəzərdə tutulur.

İdarə bir daha piyadaları diqqətli olmağa çağırır, eyni zamanda, ictimai təsisatları, xüsusilə media subyektlərini tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir.

 

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla