AZ

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiyi dəbdəbəli tikililər hamıya məlumdur. Bu tikililətr Azərbaycan ərazisində və rəsmi qurumların icazəsi olmadan inşa edilib. Bu baxımdan ən çox maraqlandıran məsələlərdən biri də həmin mülklərin taleyidir. Həbs olunmuş separatçıların mülklərinin taleyi necə olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə bütün məsələlər, o cümlədən tikinti işlərinin aparılması qanunvericiliyə uyğun şəkildə aparılır. Hüquqi dövlətdə bütün növ ictimai münasibətdə, o cümlədən tikintilər ilə bağlı proses qanunvericiliyə və hüquqa uyğun şəkildə həyata keçirilməlidir:

"Bununla bağlı, tikintinin aparılması nəzərdə tutulan torpaq sahəsinə mülkiyyət hüququ mövcud olmalıdır. Daha sonra həmin mülkiyyət hüququnun olduğu torpaq sahəsində tikintinin aparılması üçün müvafiq sənədlər və qurumların razılığı olmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində açıq şəkildə bütün tələblər öz əksini tapıb. Nəzərə alaq ki, həmin ərazilər işğal altında olub. Azərbaycan dövlətinin müvafiq qurumlarının nəzarətindən kənar olub".

Xəyal Bəşirovun sözlərinə görə, Qarabağda atılan bütün addımlar hüquqa və qanuna zidd olduğundan və Azərbaycan dövlətinin razılığı olmadan həyata keçirildiyinə görə hamısı qanunsuz hesab olunub:

"Qanunsuz hesab olunduğu üçün onların özlərinin istəklərinə uyğun şəkildə tikdikləri tikililər qanununa ziddir olduğu üçün sökülməsi realdır. Bununla bağlı müvafiq qərarı dövlət özü verəcək. Azərbaycan dövləti həmin tikintilərin müqəddəratını təyin edəcək. Müqəddəratının müəyyən edilməsi zamanı qanunvericiliyə əməl olunacaq. Böyük ehtimalla yerləşdiyi bölgədən asılı olmayaraq o tikintilərin sökülməsi reallaşması baş tuta bilər. Çünki o separatçılar zorla və güclə əraziləri işğal altında saxladılar. Həmin torpaqlar isə Azərbaycan xalqı və dövlətinə məxsusdur. Həmin tikinti ərazilərdə tikinti işlərini Azərbaycan vətəndaşları və dövlət qurumlarından icazə almış şəxslər həyata keçirə bilərlər".

Sevda Səfərova

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla