AZ

Paşinyandan müharibə AÇIQLAMASI: Ermənistanın baş nazirindən Azərbaycanla bağlı ŞOK ETİRAF

Ermənistan Azərbaycanın Qarabağ bölgəsi uğrunda döyüşmək fikrində deyil.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Demək istəyirəm ki, Ermənistan Qarabağ uğrunda döyüşmək fikrində deyil. Bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənar heç bir ambisiyamız yoxdur və ümid edirik ki, demarkasiya prosesində Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq”, – deyə o bildirib.

Silah alışına gəlincə, Paşinyan deyib ki, İrəvan sırf müdafiə silahları alır və ölkənin müdafiə xərcləri Azərbaycandan xeyli azdır:

“Biz yalnız müdafiə silahları alırıq. Eyni zamanda, bizim müdafiə xərclərimiz Azərbaycanın xərclədiyi məbləğin cəmi 15-20 faizini təşkil edir”.

Baş nazir onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etibar etmək olmaz.

“Əgər biz etibar etməyə dəyməyən bir təşkilata güvəniriksə, nəinki biz, başqaları da ona arxalana bilməz. Bu, təşkilatın reaksiyasına və KTMT-yə üzv olan bəzi ölkələrin bəyanatlarına əsaslanır. Erməni cəmiyyəti bizdən soruşur ki, niyə KTMT-nin üzvü olaraq qalmaqda davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur”, – Paşinyan bildirib.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla