Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 62,12%-ə çatıb, bu da son beş ilin bu tarixə olan orta göstəricidən 17,67 faiz bənd çoxdur.
Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 68 mlrd. kubmetr təşkil edir.