AZ

Ermənilər Azərbaycan atalar sözlərini özlərininki kimi təqdim edirlər

“Erməni atalar sözləri” (ermənicə, Ermənistan Elmlər Akademiyası, 1960) rus dilinə tərcümə edilib və 1967-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən “Erməni folkloru” adı ilə nəşr edilib. Burada yer alan “Aşağıda otur ki, yuxarıda sənə yer versinlər”, “Çox bil, az danış”, “Üz verdilər, astar istədi”, “Nə etsən qarşına çıxacaq”, “Qızım sənə deyim, gəlinim sən bil” və s. – bütün bu atalar sözləri (onların sayı isə 233-dür), erməni nümunələri kimi təqdim olunub.

Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib. O vurğulayıb ki, həmin yolla rəvayətlərimiz də oğurlanıb(azərtac).

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla