AZ

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Naviqasiya

Bakı, 23 aprel, AZƏRTAC

Naviqasiya layihəsi üzrə müxtəlif universitetlərdən olan tələbələrdən ibarət nümayəndələr Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tələbələr Azərbaycan ədəbiyyatı tarixi ilə geniş şəkildə tanışlıqdan məmnun olduqlarını bildirib, muzeyin “Rəy kitabı”na təəssüratlarını yazıblar.

Tələbələr dünyanın bir çox muzeylərini gəzmələrinə baxmayaraq, Ədəbiyyat Muzeyinə daha çox heyran qaldıqlarını bildiriblər. Tələbələri muzeyin əməkdaşı Aysel Bayramova müşayiət edib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla