AZ

Azərbaycanın uğurları artdıqca, ölkəmizi istəməyən qüvvələr baş qaldırır - Deputat

Azərbaycanın uğurları artdıqca bəzi ölkəmizi istəməyən qüvvələr baş qaldırmağa başlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib. 


“Bunlar da bəzi Qərb ölkələri, beynəlxalq təşkilatlardır. Əfsuslar olsun ki, bəzi Qərb ölkələri özünü demokratik olaraq göstərsə də, Azərbaycanın haqq işinə dəstək göstərməyib. Azərbaycana qarşı təcavüzlər törətmiş şəxslərə hələ indiyə qədər sanksiya tətbiq etməyiblər. Azərbaycanda Əli Kərimli adlı tiktoker var, bir kompüterdir, bir də özü. Hər gün kompüterin qarşısında oturub guya mesajlar verir. Mən onu istənilən internet saytına dəvət edirəm ki, dünyanın nə olduğunu başa salaq. Biz ona başa salaq ki, dünya nə deməkdir. Dünya o demək deyil ki, kompüter qarşısında oturub mesajlar verəsən”,-deputat bildirib.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla