AZ

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Fidan

27 aprel - 3 may tarixləri arasında Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyinən 1news.az-a verilən məlumata görə, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

Klassik musiqi sevərlər üçün böyük miqyaslı festivalın keçirilməsi bir bayrama çevriləcəkdir. Yeddi gün ərzində müxtəlif konsert meydançalarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaqdır. Layihənin əsas məqsədi-Azərbaycanda klassik musiqinin təşviqatı və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstəkdir.
Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətçilər yer alacaq.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla