AZ

MBA-da seriyalarda fərq artdı

MBA-da bu gecə 3 oyun baş tutub. Hər 3 oyundan sonra seriyalarda hesab 2:0-a çatıb.

Camal Mürreyin sirena səsi ilə dəqiq atışı “Denver Naggets”ə “Los-Anceles Leykers”lə qarşılaşmada qələbə qazandırıb – 101:99. Serbiyalı basketbolçu Nikola Yokiç 27 xal, 20 ribaund və 10 asistlə tripl-dabl edib. Qonaq komandada Devisin aktivində 32, Lebron Ceymsdə isə 26 xal var.

“Nyu-York Niks” evdə yenə də “Filadelfiya Siksers”ə qalib gəlib – 104:101. Coel Embiidin aktivində 34 xal var. Ulduz basketbolçu məğlubiyyətdən sonra verdiyi açıqlamada seriyada qalib gələcəklərini söyləyib.

“Klivlend Kavalers” “Orlando Mecik”i daha rahat məğlub edib – 96:86.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla