AZ

Deputatdan ermənilərlə bağlı açıqlama: Bizim polislərə bunu edə bilməzlər!

Ötən həftə Ermənistan tərəfi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı bəyənat yayıb. Bununla da delimitasiya və demarkasiya prosesində ilk mühüm addım atılmış oldu. Digər işğaldan azad edilən ərazilər kimi, bu yerlərdə də erməni xislətinin şahidi oluruq. Ermənilər ayaq basdığı hər yeri xarabalığa çevirməyi çox yaxşı bacarırlar. Elə qaytarılan 4 kənd kimi...  

Maraqlıdır, bu ərazilərlə bağlı gələcəkdə hansı planlar icra ediləcək? 

Məsələni millət vəkili Aqil Abbas “Yeni Sabah”a belə şərh edib: 

“Bildiyiniz kimi, bütün dağıdılan kəndlər və şəhərlərdə yenidənqurma və bərpa işləri aparılır: Ağdam, Füzuli, Laçın, hamısı... Bunu media və televiziya vasitəsilə də müşahidə etmək mümkündür. Təbii ki, Qazaxın kəndləri də ermənilər tərəfindən dağıdılmış, viran edilmiş ərazilərdəndir. Bu səbəbdən də dövlətimiz tərəfindən həmin yerlərdə də bərpa-quruculuq tədbirləri nəzərdə tutulub. Bütün bunlar yekunlaşandan sonra həmin ərazilərin sakinləri də yenidən öz doğma yurd-yuvalarına qayıda biləcəklər. 

Bütün bunlar cənab prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. O, öz sözünü deyir və sözünə də əməl edir. Belə hadisələrin olması sülhün asanlaşmasına işarədir. Ermənilər də bu kimi məsələlərdə güzəştə getsələr, müharibə baş verməz. Bunun sayəsində Ermənistanın da ömrü uzanar”. 

Deputat bu kəndlərdəki ermənilərin öz ölkəsinə qayıdacağını da istisna etmir:

“Qazaxın 4 kəndi mayın 15-də bizə təhvil veriləcək. Bu zamana qədər orada 1 dənə də olsun erməni qalmayacaq. Necə ki, Qarabağ alınanda getdilər, indi də Ermənistana qayıdacaqlar. Onlar öz polis və əsgərlərinə kəllə atırlar, amma bizim polislərə bunu edə bilməzlər”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla