“Real” mövsümün sonunda komandanı tərk edəcək Naço Fernandesin əvəzləyicisini tapıb.
“Mundo Deportivo”nun yaydığı xəbərə görə, Madrid klubu “Lill”in müdafiəçisi Leni Yoro ilə danışıqlara başlayıb. 18 yaşlı oyunçunu PSJ-də heyətinə cəlb etməyi planlaşdırır. Lakin fransalı futbolçu İspaniyada oynamaq istəyir.
Naço “Real”ın yetirməsidi. Bu komanda ilə 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta