AZ

Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO

12 aprel tarixində Yenilənmiş Porsche Bakı Mərkəzində, satış və servis mərkəzinin möhtəşəm açılışı mərasimi və Yeni Porsche Panamera modelinin təqdimatı baş tutdu.

Tədbir Porsche Azərbaycanın İcraçı Direktoru Amal Əlili və Porsche Mərkəzi-Şərqi Avropa üzrə Direktor Iryna Kauk-un nitqləri ilə başladı. Qırmızı lent kəsimi ilə rəsmi açılış qeyd edildi.

“Home for Dreamers” konsepti ilə hazırlanmış açılış mərasimində, 1 ilə yaxın müddət ərzində davam edən “Klassik Porsche 911 - Restavrasiya Proyekti” haqqında da məlumat verildi və ilk dəfə olaraq yenilənmiş klassik 911 modeli Porsche sevənlərə göstərildi.

Həmçinin dəvətli qonaqlar öz ürək sözlərini “E-Performance” modulunda yerləşdirilmiş Porsche Taycan modelinin üzərində qeyd etmək şansı əldə etmişdilər.

Tədbirin ən gözləntilərindən biri isə Yeni Porsche Panamera modelinin Porsche Servisdə möhtəşəm şou ilə birgə təqdim edilməsi oldu.

Biri-birindən dəyərli hədiyyələr, tədbirdə iştirak edən hər bir qonaq üçün 100 AZN dəyərində “Porsche Lifestyle” vauçerləri ilə birgə keçiriliən şanslı lotoreyada 3 şanslı qalib uyğun olaraq Türkiyə, Macarıstan və Avstiryada “Porsche Track Experience” proqramında tam təmannasız iştirak hüquq qazandı.

Seçilən
8
3
Mənbələr
Şərh ()
Bağla