AZ

İlk Regional Təhlükəsizlik Forumu keçirilib

Lüksemburqda Aİ və Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında keçirilən “Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Yüksək Səviyyəli Forum”un ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell O, öz hesabından açıqlama verib.

Fins.az xəbər verir ki, Borrell bu formatdakı forumların birincisinə sədrlik etdiyini ifadə edərək, "Çatlaq dövrlərində böhranları həll etmək, eskalasiyanın qarşısını almaq və daha təhlükəsiz, daha sabit beynəlxalq mühiti dəstəkləmək üçün hər zamankindən daha çox birlikdə işləmək lazımdır" dedi. 

İclasın açılışında Borrell bildirib ki, gündəmdə Qəzza başda olmaqla Yaxın Şərqdəki hadisələr və Ukraynadakı vəziyyət olacaq.

İsrail və İran arasındakı gərginliyə toxunan Borrell, bölgədəki gərginliyi azaltmaq üçün Körfəz Əməkdaşlıq Təşkilatının tərəfdaşları ilə birlikdə necə işləməyi müzakirə edəcəklərini bildirib.

Borrell, Aİ Komissiyasının Aİ daxilində Körfəz Əməkdaşlıq Şurası ölkələrinə çoxsaylı vizaların verilməsi ilə bağlı qaydaların uyğunlaşdırılması ilə bağlı qəbul etdiyi qərardan məmnun olduğunu bildirib.

Forumda Aİ ölkələrinin xarici işlər nazirləri və onların Körfəz Əməkdaşlıq Şurası ölkələrindən olan həmkarları iştirak ediblər.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla