AZ

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb.

Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbər ala bilməyib.

Yaxınları onun itkin düşdüyünü 112 Təcili Zəng Mərkəzinə bildirdikdən sonra Kastamonu İl Jandarma Komandanlığı qrupları işə başlayıb. Aparılan araşdırmalar nəticəsində taksi sürücüsünün istifadə etdiyi taksi meşəlik ərazidə aşkarlanıb. Ərazidə aparılan araşdırmalar nəticəsində taksi sürücüsü odlu tüfənglə vurulmuş meyiti avtomobilindən təxminən 500 metr aralıda meşədə aşkar edilib. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla