AZ

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib.

Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib. Mübahisəyə şahid olan oğlu, 16 yaşlı yeniyetmə atasına əsəbiləşməyə başlayıb. Daha sonra isə ata ilə oğul arasında dava başlayıb. Yeniyetmə mətbəxdən götürdüyü bıçaqla atasının döş qəfəsindən və ayağından xəsarət yetirib.

Hadisə yerinə 112 və polis qrupları sövq edilib.42 yaşlı ata xəstəxanaya aparılıb. Yeniyetmə hadisə yerindən qaçıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla