AZ

Dollar bu tarixdə BAHALAŞACAQ

2024-cü ilin sonu 2025-ci ilin birinci yarısına qədər dolların bilavasitə güclənməsini müşahidə edəcəyik. Azərbaycanda bilavasitə manatın məzənnəsi inzibati yolla müəyyən edildiyi üçün manata qarşı qəfil hansısasa təhdidin olmayacağ.

Bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, manatın məzənnəsi bilavasitə mərkəzi qurum tərəfindən tənzimlənir. 


“Bu tənzimləmə prosesinin də ölkə üçün daha makroiqtisadiyyat tarazlığının qorunmasına xidmət edəcək səviyyədə saxlanılması üçün ölkədə mövcud resurslar vardır. Neftin bugünükü qiyməti, eyni zamanda bu qiymətdən formalaşaraq zaman-zaman yaranmış ehtiyyat hissə, o cümlədən də büdcədə nəzərdə tutulan real qiymətdə olan fərq dollara olan tələbin yüksək səviyyəyə çatmaması manata olan təyziqi qarşılamaq üçün  hökümətin əlində kifayət qədər vəsaitin cəmlənməsinə imkan verir. Bu isə dünyada dolların güclənməsi qarşılığında manat öz məzənnəsini qoruyub saxlamasına imkan verir. Böyük ehtimal, 2024-cü ilin sonuna qədər də manat bu məzənnədə saxlanılacaq”.

“Bu il ərzində Azərbaycan da hansısa bir məzənnə dəyişikliyinin olacağını düşünmürəm. Amma bu o demək deyil ki, sabit məzənnə rejimi daim bu vəziyyətdə qalacaq”.

Bu fikirləri isə iqtisadçı ekspert Natiq Cəfərli deyib və o əlavə edib:


“Düşünürəm ki, 2025-ci ilin sonu, 2026-cı ilin əvvələrində Azərbaycanda məzənnə siyasətində dəyişikliklər gözlənilir. Azərbaycan manatının dollar qarşısında ucuzlaşması  baş verə bilər”.

Mehriban Mirzəzadə



Seçilən
15
Mənbələr
Şərh ()
Bağla