AZ

MS üçün yeni rekord

“Mançester Siti” İngiltərə kubokunun yarımfinalında “Çelsi”yə qalib gəlib.

London təmsilçisini 1:0 hesabı ilə məğlub edən son çempion finala yüksəlib. Bununla da MS-nin bütün yarışlarda məğlubiyyətsiz seriyası 29-a çatıb. Bu isə klub rekordudu.

“Şəhərlilər” daha əvvəl heç vaxt belə nəticə göstərməmişdilər. “Siti” son 29 matçda 23 qələbə qazanıb və 6 dəfə heç-heçə edib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla