AZ

ABŞ-dan Ukraynaya yardım ötürülməsinin səbəbkarı İrandır..?

...Bu arada rusiyalı müxalifətçi, Kremlin keçmiş siyasi strateqi Abbas Qallyamov “Now” YouTube kanalına müsahibəsində Tehranın Putinə çox xoşagəlməz sürpriz təqdim etdiyini bildirib.

Məsələ ondadır ki, Amerika respublikaçıları həmişə İsrailin tərəfindədirlər vəbu, tarixən həmişə belə olub.

Doğrudan da etiraf edilməlidir ki, ABŞ Respublikaçılar Partiyasının elektoratının əhəmiyyətli hissəsi dini səbəblərə görə yəhudiləri dəstəkləyir, ona görə də istənilən çətin vəziyyətdə respublikaçı siyasətçilər İsrailə kömək etməyə alışıblar, çünki bu, onlar üçün faydalıdır.

...Gərək ki, yadınızda olar, bir müddət Ukrayna ilə birlikdə olan İsrailə yardım haqqında qanun layihəsi Putini razı salmaq üçün Trampçılar tərəfindən əngəllənmişdi.

Lakin İranınİsrailə ən böyük hava hücumunu həyata keçirdiyi bir şəraitdə respublikaçılar artıq bu yardım paketini əngəlləyə bilməzlər.

Deyim ki, bu, Qallyamovun ehtimalıdır.

Deməli, Qallyamovun dediyindən belə başa düşülür ki, əgər İran İsraili bombalamasaydı, bu halda ABŞ Ukraynaya yardım ayırmayacaqdı? Yəni ABŞ Ukraynanı İsrailin “gözünə qataraq” ona yardım köçürüb?

Maraqlıdır...

Hə, onda Qallyamovun dediyindən belə başa düşülür ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Ukraynaya və İsrailə yardımı iki ayrı qanun layihəsinə ayırıb.

...Lakin buna baxmayaraq, ilkin olaraq onlar bir-birinə bağlı olduğundan, hər ikisi köçürülüb?

Yenə də maraqlıdır...

Nazlı

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla