AZ

“Smart Technologies Solutions” şirkətin vəziyyəti - MƏLUM OLDU

“Smart Technologies Solutions” QSC şirkəti 2023-cü ili 2 milyon 170 min manat xalis mənfəət ilə başa vurub.

FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə şirkət 542,5 min manat mənfəət vergisi ödəyib.

Ötən il “Smart Technologies Solutions” QSC-nin gəlirləri və əməliyyat mənfəəti 7 milyon 141 min manat təşkil edib.

Şirkətin kommersiya xərcləri  isə 4 milyon 429 min manat olub. Nəticədə şirkətin əməliyyat mənfə3ti 2 milyon 712 min manat təşkil edib. 

“Smart Technologies Solutions” QSC-nin işçi heyəti xərcləri 1 milyon 510 min manat, amortizasiya xərcləri 146,2 min manat, istifadə edilmiş material ehtiyatları 427,3 min manat təşkil edib.

Hesabat dövründə şirkətin aktivləri 1 milyon 94 min manatdan 2 milyon 870 min manata, cəmi kapitalı 726 min manatdan 1 milyon 840 min manata çatıb.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla