AZ

"Bakı-Gəncə" qatarında döyülən qadının kimliyi bilindi

Son günlər feysbukun Azərbaycan seqmentində Olqa Vişnevskaya adlı blogerin “Oğlumun gözü qarşısında mənə təcavüz etməyə çalışdılar” (Меня пытались изнасиловать при моем сыне) paylaşımı diqqət cəlb edib. Bloger paylaşımda “Bakı-Sumqayıt” qatarında azərbaycanlı şəxs tərəfindən təcavüzə məruz qalması haqda danışır.

Publika.az xəbər verir ki, Faktyoxla Lab.sosial mediada reklama qoyulmuş bu paylaşımın əsl səbəbini və digər məqamları araşdırıb.

Paylaşımda təqdim olunan mətn belədir:

Oğlumun gözü qarşısında məni zorlamağa cəhd etdilər

Bilirsiniz, qatarla səyahət etməyin təhlükəli ola biləcəyini heç düşünmürdüm. Amma ilk dəfə... Az müdət öncə oğlumla daha yaxşı həyat tapmaq üçün Azərbaycana köçdük. Lakin yaxşı iş tapsam da, özümü burada həmişə yad adam kimi hiss edirdim. Şübhəsiz ki, yeni köçən hər kəs bunu hiss edir.

Və bütün bu problemlərdən başımıza gəlmək üçün oğlumla əyləbnmək məqsədilə Sumqayıta gəzintiyə getmək qərarına gəldik. O, qatarları çox sevir. Amma bir axşam bu istəyimiz əsl cəhənnəmə çevrildi və oğlum yəqin ki, ömrünün sonuna kimi qatarda səyahət etməkdən qorxacaq. Başıma gələn zərbələrdən ayıldım... Nə baş verir? Bu kimdir? Məni niyə döyür? Təcavüzçü davamlı olaraq “xarici fahişələr” deyə qışqırırdı. Düzü, o an mən ancaq oğlumu düşünə bildim...Təki ona heç nə olmasın.

Bilmirəm nə baş verdi, analıq instinkti mənə güc verdi, ya Tanrının köməyi idi, nə idisə əlimlə onun boğazından vuraraq itələyə bildim. Oğlumun əlindən tutdum və dərhal kupedən qaçıb çıxa bildik. Konduktorlar mənim üçün təcili yardım çağırdılar və artıq birinci stansiyada bizi xəstəxanaya göndərdilər. Tanıra şükür ki, xilas oldum, onsuz da o yırtıcı həbs olunacaq... Ən azı elə düşünürdüm, amma... Mən, döyülmüş, dəhşətli psixoloji travma almış biri xəstəxanada olanda bilirsiniz nə baş verdi? Polis yanıma gəlib dedi ki, həmin o yırtıcı mənə qarşı “oğurluq ittihamı” irəli sürüb, guya mən onun telefonunu və saatını oğurlamışam...

Məndən şikayətçi oldu

Yəqin əcnəbi olduğum üçün heç kim məni dinləmək istəmədi. Düzünü desəm, o an daha ağlamağa belə gücüm çatmırdı. Nə edəcəyimi bilmirdim.

Asanlıqla təslim olmamaq qərarına gəldim, müxtəlif forumlara kömək istəmək üçün yazmağa başladım. Bildim ki, belə işlər tək-tük hal deyil və yaxşı vəkil olmadan bu işdə uğur qazana bilməzsən. Mənə bir peşəkar vəkili məsləhət gördülər, amma qiymət çox baha idi.

Heç vaxt ödəyə bilməzdim. Vəkil üçün pul olmadığından, özümü taleyin ümidinə buraxılmış hiss edirdim. Palatada çarpayımda uzanıb, göz yaşları içində düşünürdüm. Bilmirəm Tanrı dualarımı eşitdi, ya təsadüf oldu, xəbərlərdə gördüm ki, “Bank” hər kəsin ayda 5000 manat qazana biləcəyi yeni layihə açıb. Düzü, çox təəccübləndim, amma nə edim , cəhd etmək qərarına gəldim. İnternetdə tapıb qeydiyyatdan keçdim. Texnologiyada güclü olmasam da bunun öhdəsindən asanlıqla gəldim.

Qeydiyyatdan keçəndən sonra bank işçiləri mənə zəng edib hər şeyi qurmağa kömək etdilər. Hər şey çox sadədir və bəs, sonra nə oldu? Sonra bu proqram avtomatik olaraq bazarda səhm alqı-satqısına başladı və təəccübdən böyümüş gözlərimlə hesabıma gələn +14 manat, +10 manatları görmyə başladım.

Günün sonunda artıq 290 manatım var idi. Az qalırdım sevincimdən yıxılım. Dərhal pulları kartıma köçürüb, bankomata qaçdım. Kağız əskinasları əlimdə tutanda yenə ağlamağa başladım. Nəhayət normal yaşaya bilərəm, nəhayət ədalətə nail olacam.

İndi, bütün bu hadisələrdən altı ay sonra, mən hələ də Bankdan pul qazanırıq, oğlum və mən məzuniyyətə getmək imkanına malikik və vəkilim nəinki məhkəmədə məni uğurla müdafiə etdi, həm də yırtıcının həbs olunmasını təmin etdi. Nəhayət çox xoşbəxtəm".

Göründüyü kimi, paylaşımın əvvəlində təqdim edəcəkləri məhsulun reklamı xatirinə Azərbaycan əleyhinə fikirlər səslənir, azərbaycanlılara xas olmayan davranışdan söz açılır. Misal üçün, “yaxşı iş tapsam da, özümü burada həmişə yad adam kimi hiss edirdim..”, “...Təcavüzçü davamlı olaraq “xarici fahişələr” deyə qışqırırdı”

Digər tərəfdən, xatırladırıq ki, son 3-4 ildə daxili reyslərdə kupeli qatarlardan istifadə olunmur. Hazırda istifadə olunan “Bakı-Gəncə” qatarları birsalonlu, sürət qatarlarıdır.

Reklam paylaşımındakı URL-də saytın xidmətləri ilə tanış olmağa çalışırıq:

1) URL-ə keçid etdikdə ekrana ilk olaraq dələduzluqla bağlı xəbərdarlıq çıxır. Brouzer anoloji saytların istifadəçiləri aldatması barədə öncədən anons verir.

2) Xəbərdarlıqdan sonra saytda sol tərəfdə “investisiya layihəsinin sizin üçün əlçatan olması barədə” “təbrik”lə qarşılaşırıq. Sağ tərəfdəki xanaları isə uydurma ad-soyadla dolduraraq qeydiyyatdan keçirik.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla