AZ

Məşhur milyoner kasıbçılığa 10 ay dözə BİLDİ

Məşhur milyoner kasıbçılığa 10 ay dözə BİLDİ

ABŞ-da bir nəfər milyonçu sıfırdan başlamaq və 12 ayda 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək üçün sosial təcrübəyə başlayıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-da proqram təminatı agentliyinin sahibi olan milyonçu Mayk Blek pandemiyadan çox təsirlənib.

Bu prosesdə hər şeyini itirən insanların necə əziyyət çəkdiyinin şahidi olub. Hətta dostlarından bəziləri bir gecədə 10 milyon dollarlıq biznesini itirdib.

Blek dostlarına həyatlarını yenidən qurmaqda kömək etmək və sübut etmək istəyirdi ki, milyonçu olmaq üçün bəxt yaxud ailə pulu tələb olunmur, sadəcə zəhmətkeşlik kifayətdir.

Bunun üçün bir il müddətinə bütün var-dövlətindən əl çəkib. Sıfırdan yeni bir işə başlayaraq bir il ərzində 1 milyon dollar qazanmaq üçün "Million Dollar Comeback Challenge" adlı sosial təcrübəyə başlayıb.

Milyonçu ilk olaraq küçədə yaşamağa başlayıb. Onlayn mebel sataraq 300 dollar qazanıb. O, alıcılarla satıcılar arasında vasitəçi kimi çıxış edirdi.

İlk beş gündə özünə kompüter alacaq qədər pul qazanıb. İki həftə ərzində onun özünə ofis yaratmaq üçün pulu var idi.

Bir aydan sonra o, öz yerini icarəyə götürə bilib. Təcrübənin üçüncü ayında sosial media meneceri kimi çalışıb. Blek daha sonra özünə müştəri kütləsi yığdı və özünə kofe brendi yaratdı.

Dördüncü ayda atasına xərçəng diaqnozu qoyulduğunu öyrəndi, amma yenə də təcrübəni davam etdirdi. Ancaq bu dəfə öz səhhəti həyəcan təbili çalmağa başladı.

O, "xroniki yorğunluğa" səbəb olan autoimmun problemi və oynaqlarına təsir edən başqa bir xəstəliyi olduğu üçün 60 gün qalmış bu mübarizəsini dayandırmaq məcburiyyətində qalıb. Təcrübəyə davam etdiyi müddətdə Mayk Blek 1 milyon dollar yox, 64 min dollar qazana bilib.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla