AZ

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri ilə əlaqələndirirlər. Bu gün istər ölkə yaxud xaricində ən nüfüzlü universitetlərində təhsil alan məzunlar bitirdikdən sonra özlərinə iş tapmaqda çətinlik çəkirlər. Bu məsələ xüsusilə ölkəmizdə daha çox aktualdır. Ortaya qoyulan nəzəri fikirləri bir kənara qoysaq, universitet məzunlarımız bu gün niyə özlərinə iş tapa bilmirlər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, universitet tələbələrinin məzun olduqdan sonra iş tapma məsələsi ilə bağlı əsas problem odur ki, universitetdə hər hansı bir ixtisasın tədrisi aparanda onların əmək bazarının tələblərini öyrənmirlər:

"Əmək bazarında hansısa spesifik ixtisas üzrə tələbələrin bilik-bacarıqları, onlara nələrin öyrədilməsi və tələblər öyrənilmədikcə tələbələr iş tapa bilməyəcəklər. Biz hər zaman tələbələrin iş tapması məsələsini müzakirə edirik. Amma əslində dünyada tələbələri sahibkar formasında bacarıqları malik olan şəxslər kimi yetişdirirlər. Əslində biz də buna hədəflənməliyik. Dünyada artıq bu belədir. Artıq tələbələr hər hansı bir işə deyil, sahibkarlıq bacarıqlarının formalaşması və iş yerlərinin açması kimi bacarıqlarını aşılamalıyıq. Bizdə tədris prosesi zamanı əmək bazarının tələbləri öyrənilmir. Əmər bazarının tələblərinin tez-tez dəyişdiyi doğrudur. Hər 3-5 il arasında bu sahədə yenilənmələr gedir. Diqqət etsək bizdə elə ixtisaslar proqramları var ki, bunlar tam olaraq əmək bazarının tələblərini yerinə yetirmir. Yenilənmələr bizdə çox gec gedir. Universitetlərə isə öz proqramlarının tərtib etmələrinə, formalaşmasına imkan verilmir. Çünki bu proqramlar Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq göndərilir".

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla