AZ

Ermənistan Qarabağ uğrunda mübarizə aparmaq fikrində deyil - Paşinyan

Ermənistan Qarabağ uğrunda  mübarizə aparmaq fikrində deyil. Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib. 


"Aydındır ki, belə bir şəraitdə Ermənistanı uzaq hədəfləri olan müharibəyə sürükləmək istəyən qüvvələr var idi. Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil. Mən dedim ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur”, o, Britaniya mətbuatına müsahibəsində bildirib.
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
78
Mənbələr
Şərh ()
Bağla