AZ

Karaqo Cozef Maqua: “Azərbaycanla Keniya arasında faydalı əməkdaşlıq üçün perspektivli istiqamətlər var”

“Azərbaycan və Keniya arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün bir sıra perspektivli istiqamətlər mövcuddur”.

Bu barədə Keniya Baş nazirinin müşaviri Karaqo Cozef Maqua “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib.

Onun sözlərinə görə, bir sıra perspektivli sahələr nəzərdən keçirilir ki, onların hər biri əməkdaşlıq üçün gözəl imkanlara malikdir: “Belə sahələrdən biri kənd təsərrüfatıdır. Keniyada dünya bazarına çıxarılan geniş çeşiddə kənd təsərrüfatı məhsulları var - qəhvə, çay, meyvələr, güllər və digər məhsullar. Bundan əlavə, Keniyanın şimalında böyük təbii qaz ehtiyatları var ki, bu da neft-qaz sənayesində əməkdaşlıq perspektivləri açır”.

K.C.Maqua bildirib ki, mümkün əməkdaşlıq sahələrinə insan kapitalının inkişafı və dövlət idarəçiliyi sahəsində fikir mübadiləsi də daxildir: “Biz turizm sahəsində də əməkdaşlıq qurmaqla çox yaxşı nəticələr əldə edə bilərik. Düşünürəm ki, keniyalıların Azərbaycana səfəri çox maraqlı olduğu kimi, azərbaycanlılar üçün də Keniyaya səfər etmək çox maraqlı olacaq”.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla