AZ

“Güclü erməni lobbisi" mifi sındırıldı

“Azərbaycan torpaqlarını 30 illik hərbi-siyasi əsarətdən xilas etməklə - öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla regionun 100 illik geostrateji arxitekturasını dəyişdirdi və regional diplomatiyaya yeni məzmun verdi. Ermənilərin Azərbaycan dövlətinə və Türk millətinə qarşı bir əsrlik qara piar kampaniyası da iflasa uğradıldı, "güclü erməni lobbisi" mifi sındırıldı. Bu, uzun müddətdir ki, hər il düzənlənən 24 aprel – qondarma erməni soyqırımı mifoloji şousuna münasibətdə də aydın müşahidə edilir”. SİA xəbər verir ki, bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.

Şöbə müdiri bildirib ki, indi artıq bəzi güc mərkəzləri qondarma soyqırımı məsələsindən istifadə etməkdə əvvəlki kimi həvəsli və maraqlı deyillər: “Eyni zamanda, özünü "əzilmiş - məzlum haylar" kimi qələmə verən ermənilərin səsi öncəki qədər hansısa Qərb, Avropa, yaxud Qərbi Avropa ölkəsinin parlamentindən gur və gurultulu gəlmir. Erməni hay-küyü indi ancaq öz dar - məhdud siyasət meydanlarında və ya hansısa qanunverici orqanın aşağı palatasında alçaq səslə - bəsit hay küyü kimi duyulur. Artıq ermənilərin əsassız hay-küyü sadəcə önəmsiz, təsirsiz və mənasız hay küyü kimi eşidil(m)ir”.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla