AZ

Yaponiyada işləyən çinli alimlər yoxa çıxır – Pekin onları casus kimi ittiham edir

“Asiya Universitetinin müəllimi olan çinli professor Fan ötən ilin fevralında ölkəsi Çinin Şanxay bölgəsinə getdikdən sonra yoxa çıxıb”.

KONKRET.az xəbər verir ki, bu barədə rəsmi Kyodo agentliyi məlumat yayıb.

Fan Tokioda yaşayan ailəsinə müvəqqəti olaraq ölkəsinə gedəcəyini və 2023-cü ilin aprelinə qədər Yaponiyaya qayıdacağını bildirmişdi. Bir il keçməsinə baxmayaraq Fandan xəbər olmadığı bildirilir.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi hökumət Hayaşi Yoşimasa bildirib ki, çinli professorun itməsi ilə bağlı hadisələri yaxından izləyir. Fan universitetdə beynəlxalq hüquq və siyasət üzrə ekspert kimi tanınır.

Alimin yoxa çıxması əvvəllər də baş vermiş oxşar halları xatırladıb. Tokiodakı Toyo Qakuen Universitetinin çinli professoru Ju Jianrong da 2013-cü ildə doğulduğu Şanxaya getdikdən sonra yoxa çıxıb. Təxminən 6 ay sonra Yaponiyada ailəsinə qovuşmağı bacaran Çjuya qarşı açılan casusluq istintaqının hələ də davam etdiyi bildirilir.

Xatırladaq ki, Yaponiyanın şimalındakı Hokkaydo Təhsil Universitetindən olan çinli professor Yuan Keqin 2019-cu ildə Çində casusluq ittihamı ilə saxlanılıb və prokurorluq ona qarşı ittiham aktı hazırlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla