AZ

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb

Bakı. Trend:

Rusiya sülhməramlıları Qarabağdan Gorus və Qarakilsədəki(Sisian) müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

Trend xəbərverir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi ArmenQriqoryan "Armenpress"ə deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın sülhməramlıkontingenti üçün müvəqqəti dislokasiya məntəqələri ayırıb.

"Həmçinin Laçın dəhlizinin normal fəaliyyəti üçün yer seçilib.Rusiya sülhməramlıları Qarabağı tərk etdiyindən, Ermənistanda daqala bilməzlər. Qarabağı tərk edən sülhməramlı kontingentininburaxılması üzrə işlərin təşkili üçün sülhməramlılardan ibarət qrupvə avtokolon Gorus və Sisiandakı müvəqqəti dislokasiyaməntəqələrinə yola düşüb", - o deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsüDmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdançıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyasülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədəməlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-daimzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasınınərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyasısülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəlçıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarqəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və RusiyaMüdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiqtədbirləri həyata keçirirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
46
3
Mənbələr
Şərh ()
Bağla